ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktoru Vaqif Abbasovla Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki kollecinin tələbələrinin, eləcədə şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir. Görüşdə alimin həyat və elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Vaqif Abbasov Təhsil Nazirliyinin Elmi Metodik Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin və Nazirliyin nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, “Kimya məktəbdə” jurnalının baş redaktorudur. Vaqif Abbasov Azərbaycanda kimya elminin və neft-kimya sənayesinin inkişafı və gələcək perspektivlərindən geniş söhbət açmış, kimyanın həyatımızda və məişətimizdəki mühüm rolu haqqında auditoriyanın çoxsaylı suallarını cavablandırmışdır. Professor öz çıxışı zamanı “Azərikimya” İB-də son illər həyata keçirilən layihələri yüksək dəyərləndirmişdir. Tədbirin sonunda tanınmış alim gənc kimyaçılara elmi və bədii kitablarını hədiyyə etmişdir.
Sumqayıt məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulub
April 27, 2011
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Beynəlxalq kimya ili” çərçivəsində Sumqayıt şəhər məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulmuşdur. Şəhərin 33 məktəbindən 150-dən artıq şagirdin iştirak etdiyi olimpiada iki aya qədər davam etmişdir. Fənn olimpiadasının nəticələri nüfuzlu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılmış və qaliblər müəyyən edilmişdir. Üç mükafata layiq yerin hər biri üzrə 7 nəfər məktəbli qalib elan olunmuşdur. Daha 4 nəfər gənc kimyaçı isə həvəsləndirici mükafatlara layiq görülmüşdür. Qaliblərə “Azərikimya” İB-nin diplomları və qiymətli hədiyyələri təqdim olunmuşdur. “Azərikimya” İstehsalat Birliyində məktəblilərlə keçirilmiş görüşdə Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək olimpiadanın qaliblərini təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov, şəhər Gənclər və Idman Baş İdarəsinin rəisi Musa Həsənov, tanınmış kimyaçı alim, professor Mustafa Salahov, həmçinin məktəb direktorları çıxış edərək, kimya elminin təbliği və inkişafına göstərilən diqqət və qayğıya görə “Azərikimya” İB-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
«Azərikimya» İB-i «Beynəlxalq kimya ili» çərçivəsində növbəti Sağlamlıq spartakiadasına start vermişdir
March 17, 2011
«Azərikimya» İstehsalat Birliyi ölkə Prezidentinin idmanın inkişafına və gənc nəslin sağlamlığına göstərdiyi diqqət və qayğını örnək tutaraq növbəti Sağlamlıq spartakiadasına start vermişdir. «Beynəlxalq kimya ili» çərçivəsində keçirilən spartakiada iki mərhələ üzrə aparılacaqdır.
İdmanın voleybol, mini futbol, şahmat, dama, nərd, stolüstü tennis və yüngül atletika növlərini əhatə edəcək spartakiadanın birinci mərhələsində idmançılar Birlik müəssisələri daxilində güclərini sınayacaqlar. İkinci mərhələdə isə yarışlar «Azərikimya» İB-nin müəssisələrinin yığma komandaları arasında təşkil olunacaqdır. More
“Azərikimya” “Beynəlxalq kimya ili”ni yüksək səviyyədə keçirəcək
March 17, 2011
"Azərikimya"İB, Kimya ili, Tədbirlər, Xəbərlər Leave a comment
Nəzərdə tutulan tədbirlər proqramına respublikanın görkəmli kimyaçı alimlərinin və gənc kimyaçıların iştirakı ilə biznes forumun təşkili, eləcə də Birliyin kimyaçıları arasında “peşəkar kimyaçı” adı uğrunda yarış-müsabiqənin, məktəblilər arasında debatların, kimya olimpiadalarının keçirilməsi və s. daxildir More
BDU-da ““Beynəlxalq kimya ili”ndə: problemlər, perspektivlər” mövzusunda tədbir keçirilib
March 17, 2011
Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə ““Beynəlxalq kimya ili”ndə: problemlər, perspektivlər” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, UNESKO-nun təşəbbüsü ilə 2011-ci il bütün dünyada “Beynəlxalq kimya ili” elan olunub. Hazırda cəmiyyətdə aparıcı mövqe tutan qadınların əksəriyyətinin kimyaçılar olduğunu deyən rektorun sözlərinə görə, “Beynəlxalq kimya ili” çərçivəsində onların araşdırmaları daha da genişləndiriləcək.
More
UNESCO 2011-ci ili “Beynəlxalq kimya ili” elan edib
March 17, 2011
UNESCO 2011-ci ili “Beynəlxalq kimya ili” elan edib. APA-nın xəbərinə görə, BMT-nin Xəbər Mərkəzinin məlumatında bildirilir ki, UNESCO-nun baş direktoru İrina Bokova elmlərin potensialının daha yaxşı dərk edilməsinin vacibliyini vurğulayıb: “Biz bir yerdə fikirləşməliyik ki, o potensialdan necə istifadə edə bilərik. Məsələn, davamlı inkişafa xidmət edən “yaşıl kimya”nı necə yaratmaq olar. More
Hello world!
March 4, 2011
Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!